Əməkdar artist Tünzalə Əliyeva
19 yanvar 2022 11:43 (UTC +04:00)

Əməkdar artist Tünzalə Əliyeva

"Toppuş bacı"nın səhhəti yenidən AĞIRLAŞDI - VİDEO

Əməkdar artist Tünzalə Əliyevanın səhhəti yenidən pisləşib.

Lent.az-ın məlumatına görə, aktrisa bu barədə "Günün sədası" verilişində danışıb:
"Sonuncu dəfə ağciyər və sümükdə törəmələr yaranıb. Şüa aldım, kimyaterapiya olmadım. Amma təsiri olmadı, yenidən məcbur kimyaterapiya etdirdim. O ümidlə yaşayıram ki, yenidən sağalacam.

Çalışıram ki, bu ağırlıqları qaldırım. Hərdən ağrılar olanda üzümü örpəklə örtürəm. İnsan içinə çıxanda xəstəliyimi yansıtmamağa çalışıram. Qızım hər dəfə deyir, ana, nə vaxt saçın olacaq? Deyirəm, vitaminlər yeyəcəm, olacaq".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.
 

Əməkdar artist Tünzalə Əliyeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4398
avatar

Yalçın UĞUR

Oxşar yazılar