Tanınmış aktrisa: “Özümü gözəl hesab etmirəm”
27 may 2023 15:21 (UTC +04:00)

Tanınmış aktrisa: “Özümü gözəl hesab etmirəm”

“Yargı” serialındakı baş rolu ilə tanınan Pınar Dəniz “Youtube”da olan proqramlardan birinə maraqlı açıqlamalar verib.

Lent.az xəbər verir ki, aktrisa özünü gözəl hesab etmədiyini deyib.

“Orta məktəbdə oxuyanda özümü çox çirkin hesab edirdim və güzgüyə baxa bilmirdim. Yəqin ki, bir sıra psixoloji problemlər yaşayırdım. Bu hiss vaxtaşırı yenə gəlir. Özümü gözəl hesab etmirəm. Amma buna çox da fikir vermirəm. Haqqımda ən pis deyilən sözlərdən biri qıcıq olmağımla bağlıdır. Lakin mən həddindən artıq dürüst insanam”, - deyə Pınar bildirib.

Qeyd edək ki, Pınar Dəniz bu yaxınlarda həmkarı Kaan Yıldırımla nikah masasına oturmağa hazırlaşır

Pınar Dəniz və Kaan Yıldırım

# 3831
avatar

Sevinc Fərid

Oxşar yazılar