Türkiyəli aktrisa Serenay Sarıkaya “Elle” jurnalına maraqlı açıqlamalar verib.
Lent.az xəbər verir ki, aktrisa əsasən sevgi münasibətləri haqqında olan suallara cavabları ilə diqqət çəkib.
O, qadın-kişi münasibətlərinin qeyri-şərtsiz bir əlaqə olmadığını bildirib:
“İndiki enerjiniz, istəkləriniz emosional ehtiyaclarınız üçün müəyyən şərait yaradır. Hər şey köhnə Yeşilçam filmlərində, nağıllarda, romanlardakı kimi deyil”,- Serenay deyib.
Qeyd edək ki, Serenay Sarıkaya bir müddətdir eşq yaşadığı menecer Umut Evirgendən yeni ayrılıb.