Müşfiq Abbasov
23 yanvar 2022 18:49 (UTC +04:00)

Müşfiq Abbasov

"Şuşa" adı niyə "Buta"ya dəyişdi? – Klub rəhbərindən AÇIQLAMA

"Biz oyuna "Şuşa" adı ilə qoşulmuşduq. Komandamız birinci turu keçdikdən sonra bizə dedilər ki, ikinci turda "Şuşa" adı ilə oynaya bilmərik, çünki bu ad qıcıq yaradır".

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu "Şuşa" Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov deyib.

O bildirib ki, klub adını dəyişməsə, oyundan kənarlaşdırıla bilərdi:

"Bildim ki, onlar bizi çıxaracaq, özü də bunu ada görə etdiklərini deməyəcəklər. Sadəcə, zəif komanda adı ilə oyundan kənarlaşdıracaqlar.

Biz isə turu keçib, Aleksandr Maslyakovun (Beynəlxalq KVN İttifaqının prezidenti) qarşısına çıxa bilmək üçün formal olaraq "Buta" adını götürdük. Onun qarşısına çıxandan sonra isə şərtimizi qoyduq ki, bundan sonra ancaq "Şuşa" adı ilə oynayacağıq. Belə etməsəydik, Maslyakovla görüşə bilməyəcəkdik.

Maslyakov bizim oyunumuzu görüb bəyəndi, mən görüşdə ad məsələsini ona bildirdim. Qeyd etdim ki, əgər adımız "Şuşa" olmasa, biz oyuna davam etməyəcəyik.

Maslyakov məndən niyə adı sonradan dəyişdirdiyimi soruşanda cavab verdim ki, "Şuşa" adını dəyişməli olduğumuzu bizə sizin müavininiz Ruben Caqinyan  (Beynəlxalq KVN İttifaqı prezidentinin müavini, milliyyətcə erməni) deyib. Mən isə Rubenin sözü ilə burdan gedə bilməzdim. Bu danışıqdan sonra  onlar da iclas keçirib bizə bildirdi ki, "Şuşa" adı ilə oyuna davam edə bilərik. Mart ayında  Sankt-Peterburqda baş tutacaq 1/8 finalda "Şuşa" adı ilə oyuna çıxacağıq".

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adını “Buta” olaraq dəyişdirilməsi Azərbaycanda birmənalı qarşılanmamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6330
avatar

Oxşar yazılar