Sizi ekranlara bağlayacaq yeni serial gəlir
16 iyun 2023 09:56 (UTC +04:00)

Sizi ekranlara bağlayacaq yeni serial gəlir

0

Baş rollarında türkiyəli məşhur aktyorlar Kerem Bürsin və Hafsanur Sancaktutanın oynadığı serialın adı məlum olub. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, prodüserliyini Ay Yapım, ssenarisini Kübra Sülün, rejissorluğunu Ali Bilgin etdiyi serialın adı "Ya Çok Seversen"dir

Ötən günlərdə çəkilişlərinə başlanan serialdan ilk kadrlar da ortaya çıxıb. Rollarda Hatice Aslan, Şerif Erol, Cemre Ebuzziya, Nazmi Kırık, Aziz Caner İnan, Mine Kılıç, Oğulcan Arman Uslu, Durukan Çelikkaya, Lara Pera Aslan, Özgün Akaçca və Adin Külçenin yer aldığı serial çox yaxında tamaşaçılarla görüşəcək.

Serialın mövzusu anası vəfat etdikdən sonra gənc yaşlarında internat məktəbinə göndərilən, daha sonra isə qürbətdə yaşayan “Ateş”lə əsl ailəsini heç tanımayan və insanları aldadaraq pul qazanan “Leyla”nın yollarının kəsişməsindən bəhs edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3564

Oxşar yazılar