Şeyma Subaşı son paylaşımı ilə yenidən diqqətləri özünə çəkib.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bundan əvvəl Dubayda tətil zamanı sevgilisi ilə öpüşdüyü anları “Instagram” hesabında paylaşan Şeyma Subaşı, bu dəfə "Qurani-Kərim"in fotosunu çəkərək izləyiciləri ilə bölüşüb. "Quran"dan bir səhifə paylaşan məşhur fenomen, kitabı ingilis dilində oxuduğunu da qeyd edib.
Şeyma Subaşı hamilə ikən "Quran"ı türkcə oxuduğunu və ingilis dilində oxuyarkən onu başa düşməkdə çətinlik çəkdiyini, bu səbəbdən də tez-tez tərcüməsinə də baxdığını qeyd edib.