"Aysel də sevgi qadınıdır. Mən ümumiyyətlə diqqəti, qayğını çox sevən biriyəm. Düşünürəm ki, bunların hamısı qismətdir. Deyirlər, bəzən qismət yoxdu, insanın öz əlindədir. Bəli, insanın seçimləri var, seçim bizim əlimizdədir".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "MTV maqazin"ə açıqlamasında deyib. Müğənni şəxsi həyatından danışıb. O bildirib ki, ad olsun deyə ailə qurmaq istəmir:
"Yaxşı bilib gedirik, sonra kaş bunu etməzdik deyirik. Deməli, seçimin düzgün deyil. Hər şeyi yüz ölçüb, bir biçmək lazımdır. Sevgisiz qala bilmərəm, ailə mənim üçün vacibdir. Gərək insanın ruh eşi, həyatını paylaşa biləcəyi insan olsun. Ad olsun deyə, istəsəydim, çoxdan ailə qurardım. "Bu, o, insandır" deyə biləcəyim biri olsun gərək. Xanımlar ağ atlı şahzadəsin gözləyir. Ağ at gəlir, amma şahzadə olmur. Gözləmirəm, axtarmıram, lazım olanda vaxtında reallaşacaq. Ailə sənətdən önəmlidir".