Cavanşir Məmmədov
06 yanvar 2022 09:20 (UTC +04:00)

Cavanşir Məmmədov

"Sevgilini yox, telefonu itirəndə peşman olursan" - Əməkdar artist - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov sevgidən söz açıb.

Lent.az-ın məlumatına görə, müğənni "Tam vaxtıdır" verlişində bu sözləri deyib:

"İndi hamının dilində sevmək sözü gəzir. Amma sevmək çətindir. Amma indi elə bir vaxta gəlib çıxdıq ki, adam telefonunu itirəndə çox heyfslənir, nəinki sevgilisini. Telefonu itirəndə hansısa orqanlara müraciət edir, amma sevgilsini itirəndə heç yerə şikayət etmir. Yəni belə sevgilərdən özünüzü qorumaq lazımdır. Telefonu pulla gedib ala bilirsən, amma sevgini pulla almaq olmur. Nə mədəniyyət, nə də sevgi bazarda satılmır. İnsanın daxilində olmalıdır".

# 3966
avatar

Yalçın UĞUR

Oxşar yazılar