Sərxan Rəqsanənin ərinin səs yazısını YAYDI:  "Xanımlar baxmasın!"
17 oktyabr 2022 16:10 (UTC +04:00)

Sərxan Rəqsanənin ərinin səs yazısını YAYDI: "Xanımlar baxmasın!"

"Əmiraslanov Fazil İsmayıl oğlunun mənə göndərdiyi səs yazısını paylaşıram. Xanımlar, qurban olum sizə, baxmayın. Çünki mən sübut edə bilmirəm".

Lent.az xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu müğənni Rəqsanənin həyat yoldaşı haqqında deyib.

Aparıcı bildirir ki, iş adamı Fazil Əmiraslanov onu nalayiq söyüşlərlə təhqir edib və şərləmək istəyib:

"Ümumiyyətlə, bu söhbətdə mənə dəstək olan, bu söhbətin yığışdırılmasında yanımda olan insanlara dərin təşəkkürümü bildirirəm. Bütün xanımlardan, analarımdan, bacılarımdan, qızlarımdan acizanə surətdə xahiş edirəm. Üzüm ayağınızın altına, məni düzgün başa düşün. Heç kimə heç nəyi sübut edə bilmirəm.

Bu kişi hamıya deyir ki, Sərxan məni söyüb. Həmin o söyüşlərimi çıxartsın, qoysun ortaya. İndi mən onun söyüşlərini sizə təqdim edirəm. Xanımlar, sizə yalvarıram, baxmayın. Qoyun, aidiyyatı olan insanlar baxsınlar. Çünki mən sübut edə bilmirəm. Hamıya onun səsini göndərəsi deyiləm. Allah sizdən razı olsun".

Xatırladaq ki, Sərxan Kərəmoğlu Rəksanənin qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırandan sonra Fazil Əmiraslanovla aparıcının arasında qalmaqal yaşanıb.

Sərxanın paylaşdığı videoda qeyri-etik, nalayiq söyüşlər olduğu üçün sözügedən videonu təqdim edə bilmirik.

 

Sərxan Rəksanənin ərinin səs yazısını yaydı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7554
avatar

Nigar Namiq

Oxşar yazılar