Məşhur müğənni, aktrisa Selena Qomez paylaşdığı “TikTok” videosu bir xeyli müzakirələrə səbəb oldu.
Lent.az xəbər verir ki, izləyiciləri ifaçını keçmiş sevgilisi Castin Biberin həyat yoldaşı, model Heyli Biberi parodiya etməkdə günahlandırıb.
Belə ki, Selenanın mimika və jestlər etməsi, göz süzməsi onu ələ salması kimi qiymətləndirilib.
Bundan sonra üzr istəyən Qomez videonu siləcəyini bildirib və belə bir şərh yazıb:
“Dəqiq nəyi səhv etdiyim barədə heç bir fikrim yoxdur, amma buna görə üzr istəyirəm. Pis niyyətim yox idi. Video tezliklə silinəcək”.
Qeyd edək ki, Heyli ilə Castin evlənəndən sonra model dəfələrlə onun keçmiş sevgilisi Selena Qomezə görə tənqidlərlə üzləşməli olub.