Müğənni Səidə Dadaşova mərhum ifaçı Aslan Hüseynovun mahnılarını oxuyan sənət adamlarına qadağa qoyduğunu açıqlayıb.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "7 Canlı" verilişində bildirib:
"Aslan olmasa da, onun ailəsinə zəng edirəm. İnsanların çoxuna imkan verməyəcəm onun mahnılarını oxumağa. Yalandan sağlığında "dostunam", "mənəm-mənəm" deyənləri yoxluğunda gördüm. Əgər nəsə istəyirsinizsə, bunu fikrinizdən çıxarın".
Qeyd edək ki, A.Hüseynov avtomobil qəzasında dünyasını dəyişib.