Şəhriyar oğlundan yazdı:  "Bu dünyadan sənin çiyinlərində gedim..."
30 avqust 2022 14:01 (UTC +04:00)

Şəhriyar oğlundan yazdı: "Bu dünyadan sənin çiyinlərində gedim..."

Aparıcı Şəhriyar Əbilov oğlu Osmanla bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında oğlunun doğum günü münasibətilə video paylaşıb.

Özünün və oğlunun doğum gününü bu sözlərlə qeyd edib:

"Oğlum, birdənəm, nəfəsim, yaşama səbəbim! Bu gün bizim ad günümüzdür. Sənin 4, mənim isə 43 yaşım olur. Xoşbəxtsən deyə soruşsalar, deyərəm ki, “hə, xoşbəxtəm”. Çünki, yanımda sən varsansa, dağları bölərəm, göyü yararam.

Allah səni hər zaman gözdən, nəfsdən, şərdən qorusun. Öz nurlu kölgəsində saxlasın. Vətənə, ailənə, cəmiyyətə faydalı, əqidəli, şəxsiyyət kimi yetişdirsin. Hər bir uğurunu görüm. Bu dünyadan köçəndə sənin çiyinlərində gedim. Amin. Ad günümüz mübarək, həyatımın mənası!"

Xeyli bəyənmə alan paylaşıma izləyicilər təbriklərini yazıblar. 

Qeyd edək ki, aparıcı Şəhriyar Əbilov rəqqasə və aktrisa Oksana Rəsulova ilə ailəlidir. Cütlük mediadan gizli saxladıqları münasibətlərini ötən il etiraf ediblər.

Oksana Rəsulova və Şəhriyar Əbilovun nikah mərasimi 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5853
avatar

Nigar Namiq

Oxşar yazılar