Səhnədə  ürəyi sıxılan müğənni   görün nə etdi?
12 sentyabr 2022 16:05 (UTC +04:00)

Səhnədə ürəyi sıxılan müğənni görün nə etdi?

Yıldız Tilbe yaddaşlarda mahnıları ilə, özünəməxsus tərzi və rəqsləri ilə qalır. Bu dəfə İstanbulda festival Park Kadıköydə konsert verən Yıldız maraqlı hərəkəti ilə gündəm olub.

Lent.az xəbər verir ki, çəhrayı, parıltılı donu ilə fasiləsiz olaraq 2 saatdan çox səhnədə oxuyan ifaçı sıxıldığını hiss edib və tez hərəkətə keçib. 

O, heyranlarının önündə ətəyini yırtıb. Geyimini ürəyi istədiyi formaya salan Yıldız tamaşaçıların gurultu alqışlarına tutulub. 

Qeyd edək ki, Yıldız Tilbe aylar əvvəl “səhnə paltarı çox çətinliklə tapıram. Bazardan da olsa, alaram, təki səhnədə geyinə bilim” açıqlaması ilə müzakirələrə səbəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Nigar Namiq

Oxşar yazılar