Türkiyənin məşhur müğənnisi Seda Sayan ərə getmək istəyir.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 7-ci dəfə ailə həyatı qurmaq istədiyini deyib:
"Sağım-solum bəlli deyil. Normal adam qarşıma çıxsa niyə olmasın? 7 rəqəminin əlamətləri çox gözəldir. Yeddini tanımalıyam, yaşamalıyam. Bu günə kimi heç bir kişi yatağıma səhər yeməyi gətirməyib. Məni xoşbəxt etmək çox asandır. Böyük hədiyyələr gözləmirəm".