Şakira futbolçu həyat yoldaşı Jerar Pikedən boşanması haqqında yeni mahnı yayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kolumbiyalı müğənni Şakira 23 yaşlı müğənni Manuel Turizlə duetdə “Copa Vacía” trekini və ona çəkilmiş klipi yayımlayıb.
Klipdə sənətçi sevgi üçün çox şeylər qurban verərək əvvəl qızıl qəfəsə, qandallara, sonra siçovulların arasında zibilliyə düşmüş, lakin təbii mühitdə azad olan su pərisi obrazında görünüb.
Şakiranın dediyinə görə, bir vaxtlar o da hiylə və əzab içində yaşayıb. Amma zaman keçdikcə özünü azad hiss edib və indi keçmiş artıq geridə qalıb.
Qeyd edək ki, tanınmış cütlüyün münasibəti futbolçunun xəyanəti səbəbindən 2022-ci ilin iyununda bitib.
Məlumata görə, Şakira Jerar Pikenin xəyanət etdiyini 91 yaşlı atası Uilyam reanimasiyada olarkən öyrənib.