Məşhur rusiyalı estrada müğənnisi Olqa Orlovanın başına iş gəlib.
Lent.az-ın Rusiya KİV-nə istinadla məlumatına görə, İtaliyanın Milan şəhərindən köçürmə yolu ilə Moskvaya qayıdan müğənni Bakı aeroportunda "baqaj"ını itirib.
Ana olmağa hazırlaşan ifaçı bildirib ki, çamadanda təkcə şəxsi əşyaları yox, olduqca vacib dərman vasitələri olub:
"Biz Bakıda 20 saat gözəl gün keçirdik. Şəhəri gəzdik, azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq. Çox təəssüf ki, başıma belə bir iş gəldi".