Rozanı görün kimə bənzətdilər?   - "Bir davamçı kimi..."
18 avqust 2022 11:56 (UTC +04:00)

Rozanı görün kimə bənzətdilər? - "Bir davamçı kimi..."

Müğənni Roza Zərgərlinin mərhum Xalq artisti İlhamə Quliyevaya bənzədiblər.

Lent.az xəbər verir ki, bunu bir vaxtlar populyar olmuş "Etiraf" verilişinin aparıcısı İlham Mirzəyev deyib. O, "Instagram" hesabında primadonnanın videosunu paylaşaraq Roza Zərgərli haqqında bu şərhi yazıb:

"Mən ancaq bir davamçı kimi Roza Zərgərlini bənzədirəm. Sözündə, əməlində sədaqət, mərdlik..."

Onun bu sözlərinə ifaçı "Sən kralıçanı yaxından tanıdığın üçün bənzərliyimizi yazmısan. Əziz dost, torpağı sanı yaşayaq. Ad günün mübarək, türk dünyasının kralıçası", - reaksiya bildirib. Bu bənzətmə müzakirələrə səbəb olub.

Qeyd edək ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə 3 il 6 ay müddətində həbs olunub. O, 2016-cı ildə azadlığa çıxıb. 

# 2619
avatar

Nigar Namiq

Oxşar yazılar