Rəqsanə onları VİCDANSIZ   adlandırdı - VİDEO
20 oktyabr 2022 11:45 (UTC +04:00)

Rəqsanə onları VİCDANSIZ adlandırdı - VİDEO

"Deyirlər ki, Rəqsanə bizim səhifələrimizi şikayət eləmə. Biz sənin dostun olmuşuq, səni çox istəmişik, sənə ana-bacı olmuşuq və s. Əziz sənət dostlarım, gördünüz ki, "Instagram"da özlərinə səhifə açıblar, övladlarımızla, ailəmizlə gündəm yaratmağa, özlərinə reklam, reytinq qazanmağa başlayıblar".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib. O bildirib ki, kütləvi şəkildə səhifələri şikayət edib:

"Xahiş edirsiniz, deyirsiniz ki, ailə söhbətidir, uşaqdır, toxunulmazdır. Eşitmirlər, edirlər. Siz niyə başınızı ağrıdırsınız? Niyə əsəbiləşirsiniz? Səhifəni "Instagram"a şikayət edin. Bir dənə yox, hər səhifədən 5 şikayət göndərəndə həmin anda o səhifə bağlanır və cavablarını alırlar. 

Deyirlər ki, Rəqsanə bizim səhifələrimizi şikayət eləmə, biz sənin dostun olmuşuq, səni çox istəmişik, sənə ana-bacı olmuşuq və s. "Niyə bizim çörəyimizlə oynayırsan?" - deyirlər e. Cümləyə bax. Kiminsə həyatını gündəmə gətirirsən, kiminsə balasını ortaya qoyursan, hamını bizə söydürürsən və ona "çörək" deyirsən? Ona görə də çalışın, hüquqlarınızı qoruyun. Gördünüz ki, çox həyatınıza girib burunlarını soxurlar, saymırlar, hörmətsizlik edirlərsə, gedin, şikayət edin. Qoyun, o çörəyi yox, zəhəri yeməsinlər. Qalsın boğazlarında".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3546
avatar

Nigar Namiq

Oxşar yazılar