Rəmişin həyat yoldaşı Güllü Hüseynova
06 aprel 2021 10:59 (UTC +04:00)

Rəmişin həyat yoldaşı Güllü Hüseynova

Rəmişin koronavirusa yoluxan xanımından ŞOK SÖZLƏR - XƏSTƏXANADAN QAÇIB?

Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Gülü Rəmişin koronavirusdan dünyasını dəyişmədiyini iddia edir.

Lent.az-a açıqlama verən Güllü Hüseynova bildirib ki, özü də koronavirusa yoluxmayıb: 

"Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar? Bu gecə yatmadım. Dedim, bəlkə insafa gəlib, evə qayıdıb gələr. Meyitxanadan cənazəsini vermədilər. O, koronavirusa yoluxmamışdı. İmam Hüseyn haqqı xəstə deyildi. Sadəcə, onu müalicə edə bilmədilər. Dövlətə cavab verə bilməyəcəklər deyə adını koronavirus qoydular. Xəstəxanadan xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyilik. Onlar günaha batdılar".

Xalq artistinin həyat yoldaşı xəstəxanadan qaçmadığını deyib: "Mən xəstəxanadan qaçmamışam, oradan qaçmaq olar? Hazırda hər söz deyə bilərlər. Allah göydən baxır. Onların cavabını Allah verəcək. Xəstəxananın arxa qapısından deyil, təcili yardımın qapısından çıxmışam".

Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov Lent.az-a açıqlamasında Xalq artisti R.Hüseynovun və həyat yoldaşı Gülü Hüseynovanın COVID -19 xəstəsi olduğunu qeyd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20325
avatar

Oxşar yazılar