"Qadının bu hərəkəti etməsinə yaxşı baxmırdılar" - VİDEO
04 mart 2022 12:27 (UTC +04:00)

"Qadının bu hərəkəti etməsinə yaxşı baxmırdılar" - VİDEO

Müğənni Samirə Yusifqızı efirlərdə meyxana deməsindən danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Tam vaxtıdır” verilişində bu sözləri deyib:

“Mən 1994-cü ildə Ağasəlim Çıldaqla meyxana demişəm. Həmin vaxtlar televiziyalar məni dəvət edirdi, getmirdim. Hamısına qəti yox, olmaz deyirdim. Çünki qadının meyxana deməsinə yaxşı baxmırdılar. Heç o vaxtlar kişinin meyxana deməsinə yaxşı baxmırdılar. Estrada, muğamı bitirmiş bir ifaçıyam. Bəzən uşaqlar mənə sataşırdı ki, başına kepka qoy, əlinə də təsbeh al. Xalq artisti Əlibaba Məmmədovun tələbəsi olmuşam. Ağaxan Abdullayev kimi sənətkarlarla eyni səhnəni bölüşmək hər kəsin işi deyil, amma mən bölüşmüşəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4641
avatar

Yalçın UĞUR

Oxşar yazılar