Rusiya estradasının kralı Filipp Kirkorov evə baxanını evdən qovub. Bu barədə xadimə özü Rusiya telekanallarına açıqlama verib. Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, artıq çox yaşlanmış Ludmila Dorodnının telekannallarda bu barədə açıqlama verməsi partlayış effekti yaradıb.
“25 illik xidmətin və sədaqətin qarşılığında Filipp bu yaşımda mənə daha bəsdir, çıx get dedi. Nəticədə onun Moskvanın mərkəzində, öyrəşdiyim evindən çıxıb kənarda birotaqlı mənzilə köçdüm. Burda son günlərimi keçirib həyatla vidalaşmaalı olacam”.
80 yaşlı xadimə onu da deyib ki, Filippi çox sevir, görünür onun hirsi koronavirusun verdiyi psixoloji gərginlikdəndir. Dediyinə görə Filipp ona ömrünün axırına qədər çatacaq vəsait də verib.
Amma bütün bunları Filipp ona telekanallara çıxmaması ilə bağlı xəbərdarlıqdan sonra deyib. Ona qədər nəyi var rüsvay edib pop kralını.