Müğənni İzzət Bağırzadə övladlarından söz açıb. Lent.az-ın məlumatına görə, ifaçı “Hüseynova bacıları” verilişində bildirib ki, övladlarının müğənni olmasını istəmir:
“Mən ümumiyyətlə övladlarımın bizim sənətimizin davam etdirməsini istəmirəm. Amma güclə uşağı hansısa işə məcbur etmək olmaz. Mən istərdim ki, övladımın üçü də həkim olsun. Amma uşağımın biri idmançıdır”.