Oktay Kaynarca:  "Eşkiya dünyaya hükümdar olmaz"   artıq yoxdur"
08 noyabr 2021 12:42 (UTC +04:00)

Oktay Kaynarca: "Eşkiya dünyaya hükümdar olmaz" artıq yoxdur"

Azərbaycanda da çox sevilən seriallardan biri olan “Eşkiya dünyaya hükümdar olmaz”ın baş rol ifaçısı Oktay Kaynarca maraqlı açıqlama verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor siması olduğu kişi geyim markasının yeni reklam çəkilişləri zamanı serial haqda sualları cavablandırıb.

O,  bildirib ki, serialın başqa kanalda verilməsi mümkün deyil.

Başqa serialda olub-olmayacağı sualına  isə “Həyatdır, bilmək olmaz. Bəlkə də”, - cavabını verib.

Qeyd edək ki, serialın yayımı oktyabrın 26-na planlaşdırılsa da,  dayandırılmışdı. Buna səbəb isə film studiyası ilə kanal arasında yaranan fikir ayrılığı olub.

# 6270
avatar

Sevinc Fərid

Oxşar yazılar