"Nəvələrim yanımda xoşbəxtdirlər"   - Mətanət İsgəndərli - VİDEO
22 noyabr 2021 18:31 (UTC +04:00)

"Nəvələrim yanımda xoşbəxtdirlər" - Mətanət İsgəndərli - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli nəvələri barədə danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “Qonağım ol” verilişində deyib: 

“19 gün reanimasiyada olanda deyirdim ki, Allahım, o 3 nəvəmi mənə versinlər, ucqar rayonda yaşayım, başqa heç nə istəmirəm. Hər zaman arzu etmişəm ki, 3 nəvəm yanımda olsun. Şükürlər olsun ki, sağ-salamatam. Nəvələrim də yanımdadır. Anaları da nə zaman istəyir, gəlib götürür uşaqları. Məcbur heç nə yoxdur. Uşaqlar mənim yanımda özlərini o qədər xoşbəxt sayırlar ki...

Evə girən kimi biri belimə tullanır, biri üzümdən öpür. Mən qismətə, taleyə inanan insanam. Alnımıza nə yazılıbsa, onu da yaşayırıq. Vicdan əzabından pis şey yoxdur. Vicdanım rahatdır. Əlimin duzu yoxdur. Elə insan var, ona dünyanın yaxşılığını et, deyəcək ki, mənə nə etmisən?”

Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən ay rəsmən boşanıb. Cütlüyün 3 övladı atada qalıb. 

# 4662
avatar

Yalçın UĞUR

Oxşar yazılar