Nazirlikdən Mətanətə CAVAB:  "Fəxri adlar ..." - VİDEO   - YENİLƏNİB
08 aprel 2022 16:30 (UTC +04:00)

Nazirlikdən Mətanətə CAVAB: "Fəxri adlar ..." - VİDEO - YENİLƏNİB

Müğənni Mətanət Əsədovanın Mədəniyyət Nazirliyinə ünvanladığı ittihamlar cavabsız qalmayıb.

Məsələ ilə bağlı nazirlikdən Lent.az-a açıqlama verilib.

Açıqlamada deyilir: 

“Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”.

*** 

15:36 

Müğənni Mətanət Əsədova Mədəniyyət Nazirliyini sərt tənqid edib.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, Mədəniyyət Nazirliyi onun fəaliyyətini düzgün qiymətləndirmir: 

“Nə sənətimdə, nə də şəxsi həyatımda uğur olmayıb. Düz 34 ildir ki, sənətdəyəm. Neçə dənə Mədəniyyət Naziri dəyişilib? Onlar hara baxır? Mən Mədəniyyət Nazirliyini tanımalı deyiləm. Onun nəznində olan müğənniyəm. O məni tanımalıdır. O özü çox gözəl görür. Guya görmür? Bir dənə zəif ifamı göstərsin. 

Konserti nəylə verim? Mədəniyyət Nazirliyindən bir nəfər gəlib mənə demədi ki, konsertini təşkil edirəm, bir tək oxumaq sənlikdi. Mənim maddi gücüm çatmır ki, konsert verim. Mənim pulum yoxdur. Bilirsiz saraylar konsert üçün nə qədər pul istəyir? Bunu hamı bilir. Konsert salonları ödənişlidir. Səsim, səhnə yaraşığım, zövqüm var. Mən dövlət konsertlərin heç birində yoxam. Niyə? Kimdi məndən üstün oxuyan? 80 yaşımda dövlət konsertlərində oxuyacam? Neçə gözəl sənətkar kənarda qalmışıq. Nazirliyin bizdən xəbəri var ? Mən indi əməkdar, xalq,"Şöhrət" yox, "İstiqlal" ordeni almalı idim. Mənim yaşım və səhnə təcrübəm də ona əsas verir. 

Durub bundan ötrü ölkə rəhbərliyinə məktub yazım? Sizi bu vəzifəyə qoyublar ki, işləyəsiniz, insanlarla maraqlanasınız". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11229
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07