Bəstəkar-müğənni Murad Arif növbəti dəfə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, o, "Facebook" hesabında "kabel TV" şirkətlərini Rusiyanın televiziya kanallarını boykot etməyə çağırıb:
"Hörmətli “Kabel TV”lərimiz, rus kanallarında torpaqlarımızı erməniyə yazırlar, mədəniyyətimizi erməniyə yazırlar, adımızı "aqressor" çıxardırlar, erməniləri hər mövzuda, hər verilişdə təbliğ və müdafiə edirlər. İdmanda belə “Qarabağ” FK-nın adını çəkmirlər, Azərbaycanı bacardıqları qədər əskildirlər, alçaldırlar. “Kabel tv”lərimiz niyə ödəniş edərək Azərbaycan əhalisinə həmin kanalları nümayiş edir? Demirsiniz, internet dövrüdür, baxan internetdən baxacaq? Demirsiniz, kanalların kuratorları, havadarları ermənidir? Rusiyanın mövqeyi deyil. “Ok”. O zaman həmin kanalları blok, boykot edin, getsin... Bizim də xalq olaraq heysiyyatımız, qürurumuz var axı?!”.