“Muğamı Könülsüz qoymayın”  - Xanəndədən xəstəliyi ilə bağlı MÜRACİƏT
22 oktyabr 2022 13:20 (UTC +04:00)

“Muğamı Könülsüz qoymayın” - Xanəndədən xəstəliyi ilə bağlı MÜRACİƏT

Azərbaycanın xalq artisti xanəndə Könül Xasıyevanın xəstəliyi yenidən baş qaldırıb.

Lent.az xəbər verir ki, o, bu barədə öz şəxsi "Instagram" hesabında paylaşıb. (Linkə daxil olub izləyə bilərsiniz)

O, video çəkərək xalqdan yardım istəyib:

“Zaman hər an əleyhimə işləyir. Bu üzdən sizdən dəstək olmanızı xahiş edirəm. İnanıram ki, Azərbaycan muğam səhnəsini Könülsüz qoymayacaqsınız”.

Xanəndə oğlu Kazıma görə narahatlığını da bildirib:

“Oğlum körpədir, günahsızdır. Hələ gələn ay onun cəmi 15 yaşı tamam olur. Onun işləmə kimi imkanı da yoxdur. Mən olmasam, onun da yaşama şansı sıfırdır. 
Bu çətin gündə dəstək olsanız, gec olmadan əməliyyat olunsam, sənətimə və Kazımıma qovuşmuş olaram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3807
avatar

Sevinc Fərid

Oxşar yazılar