Əməkdar artist Manana Caparidze 5 ay sonra övladlarının yanına gedib.
Lent.az axşam.az-a istinadla xəbər verir ki, müğənni bir müddət əvvəl pandemiya ərəfəsində ailəsinin gürcüstanda olduğunu, onları görə bilmədiyini söyləmişdi.
Uşaqları ilə görüşdüyü anı izləyiciləri ilə bölüşən Manana "5 aydır görüşmədiyim ailəmlə görüşümüzdən videonu sizinlə bölüşürəm. Bilirəm ki, çoxunuz uşaqlarımla görüşməyimə çox sevinəcəksiniz. Bu aylar ərzində onlar xeyli böyüyüblər. Bütün tanıdığım və tanımadığım, mənə görə narahat olan, mənəvi dəstək verən gözəl insanlara təşəkkür etmək istəyirəm. Arzu edirəm ki, heç bir halda heç kəs öz ailəsi və övladlarıyla ayrılıq yaşamasın, hamı birlikdə salamat və xoşbəxt olsun" sözlərini qeyd edib.
Qeyd edək ki, Georgi adlı şəxslə ailəli olan müğənninin iki övladı var.