Anası Hökümə xanımı itirən Əməkdar artist Firuzə İbadova göz yaşlarını saxlaya bilməyib.
Lent.az xəbər verir ki, "ATV maqazin onlarla"ya müsahibə verən müğənni anasından danışanda ağlayıb:
"Uşaqlarımın xeyir işin görmədi. Anam mənə görə çox əziyyət çəkdi. Xəcalət çəkdim ki, anam pəncərəsiz evdə can verdi. Ömrümün dörd guşəsi getdi. Anam bizi zəhmətlə böyütmüşdü. Onu yuyanda elə gözəlləşdi ki, elə bil 20 yaşında qız idi. Qoymadı ki, can verməyini görüm. Məni aldadıb evdən çıxardı. Getdim, 20 dəqiqə sonra eşitdim anam vəfat edib.
67 yaşım var, yetiməm. Qızıma deyirəm, məni qoyub getmə, yetiməm. Vəsiyyət etdi, dedi, uşaqlardan muğayat ol. Hülyadan çox nigaran idi. Özümü günahkar hesab edirəm, ona az baxdım. Səfərlərdə, konsertlərdə olurdum. Anam arzularına çatmadı. Səhərə qədər yatmıram, küçədə gəzirəm. Allah uşaqlarıma kömək olsun".
F.İbadova evinə borcu olduğunu da deyib: "Min manat borcum qalıb. Nəyisə satıb ödəyəcəm, eybi yox. Əsas odur ki, özümündür".