Xalq artisti Mələkxanım Əyyubova bayağı mahnılar ifa edənləri tənqid edib.
Lent.az-ın məlumatına görə, xanəndə "10-da görüşək" verilişində bildirib ki, yeni yazılan mahnılar ərəb musiqisinə bənzəyir. "Bizim mahnılar muğamdan yaranıb. Müasir, estrada musiqisi yazan bəstəkarlar o kökdən bəhrələnib. Bilmirsən ərəbdir, nədir.
Meyxananın öz yeri var. Bu cür mahnılar efirə ayaq açmamalıdır. Bu da evdən, valideyndən irəli gəlir. Sonrası məktəb, ali məktəb və sahib olduğu peşədəndir".