Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canananı rəqqasə Fatimənin ad günü məclisindən qovdurub.
Lent.az-ın məlumatına görə, “Dünya TV”nin qeydə aldığı həmin anların görüntüləri yayılıb.
Görüntülərdə müğənni Mətanətin Canananı görən kimi əsəbiləşdiyi və Fatimədən onu məclisdən uzaqlaşdırmasını istədiyi anlar lentə alınıb. Daha sonra cangüdənlər vasitəsilə Canana ad günündən çıxardılıb.
Xatırladaq ki, Mətanət İsgəndərlinin oğlu Kərim Canana ilə keçən il rəsmi olaraq boşanıb. Onların bu evlilikdən 3 uşağı var.