Bəzi dünya ulduzlarının illər əvvəl çəkdirdiyi kliplər bu gün onların karyerasının ən uğursuz işləri sırasında göstərilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda Merayya Keri, Peris Hilton, Madonna, Demi Lovato kimi məşhur ifaçıların klipləri yer alıb.
Merayya Kerinin “Loverboy” mahnısına çəkdirdiyi klip əyləncəli və yüngül ab-havada hazırlanmaq üçün nəzərdə tutulsa da, nəticə gözlənilən kimi olmayıb. Klipdə bir-birini əvəz edən səhnələr arasında əlaqənin zəif olması izləyicilərin tənqidinə səbəb olub.
Peris Hiltonun “Stars are blind” klipi də uğursuz işlər sırasında göstərilib. Onun pərəstişkarlarının bir qismi klipin musiqi videosundan çox geyimlərin nümayiş etdirildiyi moda çəkilişinə bənzədiyini bildirib.
Luis Fonsi və Demi Lovatonun “Echame la culpa” klipi isə sadə süjetinə görə tənqid olunub. Klip boyu iki ifaçı müxtəlif məkanlarda rəqs edir və hadisələrin inkişaf etdiyi xüsusi süjet xətti yoxdur.
Madonnanın “Give me all your luvin” klipində Amerika futbolu və kukla üslubunda hazırlanmış səhnələr bir araya gətirilib. Bu fərqli elementlərin eyni klipdə istifadə olunması bəzi izləyicilər tərəfindən uğursuz seçim hesab edilib.
“Black eyed peas” qrupunun məşhur “My humps” klipi də siyahıya düşüb. Klip əsasən müxtəlif rəqs və görüntülərin ardıcıl təqdim edilməsindən ibarətdir və bu səbəbdən qrupun ən zəif ekran işlərindən biri kimi qiymətləndirilib.