Məşhur ukraynalı müğənninin Bakı konserti ləğv edildi
22 aprel 2023 02:14 (UTC +04:00)

Məşhur ukraynalı müğənninin Bakı konserti ləğv edildi

0

Ukraynalı məşhur estrada müğənnisi Svetlana Lobodanın Bakıda konserti ləğv edilib.

Lent.az xəbər verir ki, bu barədə  iticket.az saytı məlumat yayıb.

Müğənninin konserti mayın 9-da baş tutmalı idi.

Bildirilib ki, ukraynalı müğənninin Bakı Konqres Mərkəzində baş tutmalı olan musiqili şousuna bilet alan tamaşaçılar aldıqları biletləri geri qaytara bilərlər.

Qeyd edək ki, Svetlana Loboda instaqram səhifəsində Bakı konsertinin ləğvinin səbəblərini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5253

Oxşar yazılar