Xəstəxanada müalicə alan musiqiçi Hakan Taşıyanın səhhəti pisləşib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, müğənniyə təcili qaraciyər köçürülməlidir.
47 yaşlı Taşıyanın rəsmi İnstaqram səhifəsində yaxınları status yazaraq, onun üçün dua edilməsini istəyib. 4 aydır davam edən müalicəsi təsir etməyən sənətçi hazırda reanimasiyadadır.
Həkimlər musiqiçi üçün donor axtarmağa başlayıb. Hazırda Hakanın bədənindən tez-tez su çəkilir.