Reynmen kimi tanınan türkiyəli müğənni Yusuf Aktaşın anası Nesibe Aktaşa silahlı hücum olub.
Lent.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, hadisə onun evində yaşanıb. Evə girən silahlı şəxs yaşlı qadının telefonunu oğurlayıb.
Polislər hadisəni törədən şəxsin narkotik satışı ilə məşğul olan və axtarışda olan Yunus K. adlı şəxs olduğunu bildirib. O, polis tərəfindən saxlanılıb.