Müğənni Victoria Beckham
20 dekabr 2020 12:49 (UTC +04:00)

Müğənni Victoria Beckham

Məşhur müğənni Victoria Beckham zəhərləndi - SƏBƏB

Dünyaca məşhur müğənni, futbolçu David Beckhamın həyat yoldaşı Victoria Beckham zəhərlənib.
APA bildirir ki, bu barədə “The Sun” məlumat yayıb. Müğənni xəstələndikdən sonra həkimlərə müraciət edib.  
Müayinədən sonra həkimlər bildirib ki, o zəhərlənib. Bədənindəki civə səviyyəsinin çox olduğu ortaya çıxıb. Və qaraciyərin təmizlənməsi proseduruna başlamalı olublar. 
Mütəxəssislərin fikrincə, zəhərlənmənin səbəbi Victoria Beckhamın bu yaxınlarda yeni bir balıq pəhrizinə başlamasıdır. Pəhriz yeməyində əsas yer alan qılınc balığında çoxlu zəhərli birləşmələr – metilmerkurin olması qeyd olunur. 
Bununla belə, müğənni yenə də balıq bəslənməsindən imtina etməyib. O, sadəcə pəhrizindəki ton balığı və qılınc balığını somon ilə əvəz edib.
 

# 1446
avatar

Oxşar yazılar