Sovet və rus müğənnisi Sofiya Rotaru koronavirusa yoluxu.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, “İnstagram” hesabında pərəstişkarlarına müraciət edib.
Müğənninin qeyd etdiyi kimi, “Omicron” ştammı ona da çatıb.
“İki həftəlik yuxusuz gecələr və sağlamlıq uğrunda mübarizə. Koronavirus məğlub oldu, lakin fəsadsız deyil”, - Rotaru qeyd edib.
Rotaru əlavə edib ki, ona yaxşı həkimlər baxır, ona görə də vəziyyət nəzarət altındadır. O, bir müddət sonra vəziyyətin yaxşılaşacağına əmin olduğunu bildirib. Rotaru hər kəsə cansağlığı arzulayıb.