Türkiyəli məşhur Seren Serengilin növbəti qalmaqallı açıqlaması diqqəti özünə cəlb edib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, o aparıcısı olduğu "Söylemezsem olmaz" verilişində müğənni Alişanla Buse Varol cütlüyünün evliliyindan danışıb.
Seren Busenin Alişana ərə getməklə bütün həyatını təmin etmiş olduğunu deyib. O, həmçinin Varolun müğənni ilə tanışmazdan əvvəl elə də, məşhur aktrisa olmadığını deyib.
Serengil Busenə qarşı mənfi rəy bildirsə də, Alişanın çox yaxşı həyat yoldaşı və ata olduğunu vurğulayıb.