Aktyor Rıza Kocaoğlu yeni sevgilisi Selin İşıkla obyektivlərə tuş gəldi.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulun Cihangir səmtində restoranlardan birinə yollanan cütlüyün səmimi görüntüsü diqqət çəkib.
Sevgilisinin qayğısına qalan Rıza onun paltosunu da özü geyindirməyə çalışıb.
Kocaoğlu jurnalistlərə "Çəkdiyiniz görüntü bəsdir, artıq çəkməyin. Narahat olurlar" sözlərini söyləyib.
Qeyd edək ki, aktyor "Çukur"dakı Aliço obrazı ilə daha çox gündəmə gəlib.