Türkiyənin məşhur aktyoru Cemal Hünal bədbəxt hadisə yaşayıb.
Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor sentyabrın 9-u axşam saatlarında maşını ilə gedərkən, motosikletlə toqquşub.
Nəticədə Cemalın toqquşduğu motosikletin sürücüsü Ömer Yıldızın və onun arxasındakı oğlanın ayağı sınıb. Onlar xəstəxanaya çatdırılıblar və vəziyyətlərinin stabil olduğu bildirilir.
Cemal Hünal haqqında şikayətçi olan Ömer Yıldız ifadəsində bunları deyib:
"Sentyabrın 9-u saat 14:42-də Akat məhləsi Tepecik yolundakı küçədə idarə etdiyim motosikletdəki Mehmet Yıldızla birlikdə Fatih Sultan Mehmet məhləsi istiqamətində gedərkən Cemal Hünalın idarə etdiyi ağ rəngli maşın birdən-birə sola doğru, yəni Taşlıçay küçəsinə dönürdü. Mən də maşının son anda fərqinə vardım. Əyləcə basıb saxlamaq istəsəm də, bacarmadım və qəza meydana gəldi. Maşına sol ön farasına vurdum. Avtomobilə vurduqdan sonra məön və dostum motosikletdən yıxıldıq.
Qəza etdiyimiz maşının sürücüsü və ətrafdakı vətəndaşlar yanımıza gəldi. “112” ambulansa və polis əməkdaşlarına qəza bildirildi. Bir az sonra hadisə yerinə gələn “112” ambulansla xəstəxanaya aparıldım. Lazımi tədbirlər edildi. Hansısa bir yaralanmama və pis vəziyyət olmadığı üçün məhkəmə-tibbi ekspertiza hesabatı olmadan Cemal Hünal xəstəxananı tərk etdi. Motosikletdəki dostum Mehmet Yıldızın sol ayağında qırıqlar var. İlk aldığımız məlumat odur ki, dostum əməliyyat olunmalıdır. Bu qəzaya görə Cemal adlı şəxsdən şikayətçiyəm və onunla üzləşmək istəyirəm".
Qeyd edək ki, Cemal Hünal "Issız adam" filminin baş rol ifaçısı olaraq tanınır.