Dünya şöhrətli Arnold Şvartseneggerin keçmiş arvadı Mariya Şrayverinin makiyajsız halı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı qızı M. Şrayverin makiyajsız görünməsi internet istifadəçilərini qorxuya salıb.
Belə ki, 66 yaşlı Mariya Los-Ancelesdə gəzinti zamanı üzərinə dar, şıq köynəkdə, üzündə kosmetika olmadan və sadə saç düzümü ilə kameralara tuş gəlib.
Bundan başqa, sosial şəbəkə istifadəçiləri Şrayverin xarici görünüşünü plastik əməliyyat korladığı qənaətinə gəliblər və onu kərtənkələ ilə müqayisə ediblər.
İstifadəçilər onun haqqında "O, üzünə nə edib? Dəhşət”, "Niyə qocalmağının qarşısını düzgün ala bilmir?", "Sürünən kərtələ", Şeytan üzlü" və s. kimi bir çox şərhlər yazıblar.
Qeyd edək ki, Mariya Şrayveri çox sevərək evləndiyi həyat yoldaşı Arnold Şvartseneggerə evlərinin xidmətçisi ilə xəyanət edib. Nəticədə, xidmətçidən uşaq dünyaya gətirən Mariya Arnolddan boşanıb. Bu da Hollivudun ən qalmaqallı boşanmalarındandır.
Arnold Şvartsenegger və ailəsi