Müğənni və aktrisa Şevval Sam, aktyor oğlu Tarık Emir Tekini əsgərliyə yola salıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa, oğlu və onun sevgilisi ilə birlikdə məkanların birində görüntüləniblər.
Oğlunu yola salan Şevvalın gözyaşları kameralara yansıyıb. O, jurnalistlərin sualına belə cavab verib:
“Yola saldım oğlumu. O da, mən də çox həyəcanlıyıq. Bir az da duyğulandım...”, - deyə o, bildirib.
Qeyd edək ki, məşhur aktrisa Şevval Samın oğlu Tarık “Sadakatsiz” serialında Selçuk obrazını canlandırır.