Türkiyəli müğənni Sıla Gəncoğluna zorakılıq etdiyi iddia olunan aktyor Ahmet Kuralın məhkəmə prosesi sona çatıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “təhqir, hədə-qorxu və qəsdən xəsarət yetirmə” maddələri ilə ittiham olunan aktyor Ahmet Kurala 1 il 4 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Aktyor qərara etiraz etsə də, hakim tərəfindən rədd olunub.
Sılanın vəkili isə açıqlamasında deyib: “Ədalət gec də olsa yerini tapdığı üçün çox xoşbəxtik”.