Türkiyənin bir zamanlar tanınmış aktyoru, son illər kəskin psixoloji problemlərdən əziyyət çəkən və buna görə müalicə alan Arda Kural sağlamlığına qovuşub.
Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, o, sosial şəbəkə hesabında yeni foto paylaşaraq gündəmə gəlib. Onun sözlərinə görə, saxladığı pəhrizlə 2 ayda 14 kilo çəki itirib.
40 yaşlı oyunçu deyib ki, ekranlara yenidən qayıtmaq üçün daim çalışır:
"Əvvəlki Arda olmaq üçün əlimdən gələni edirəm. Sosial media hesablarıma gələn mesajlar ən böyük motivasiyamdır".
Onun dəyişim fotoları gündəmdə geniş müzakirələrə səbəb olub. Hətta "Twitter"də #Ardakural həştəqi də populyarlaşıb.
Aktyor Arda Kuralın ən yeni fotosu