Türkiyəli aktyor Can Yamanın “El Turco” serialı üçün alacağı məvacib hər kəsi təəccübləndirib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor baş rolda oynadığı serialın hər bölümü üçün 1,5 milyon lirə (təxminən 156 min manat) qazanacaq.
Onun yeni layihəsi üçün çox çalışdığı bildirilir.
Məlumata görə, Orhan Yeniarasın romanı əsasında çəkiləcək ekran işi internet platformasında yayımlanacaq.