Kaliforniyanın keçmiş qubernatoru və aktyor Arnold Şvartseneqqer arvadı Mariya Şrayverdən rəsmən boşanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hakimin yekun qərarından əvvəl on il yarım davam edən boşanma prosesi olub.
Belə uzun müddət ər-arvad arasında əmlakın bölünməsi ilə bağlı mübahisələrin həlli aydınlaşdırılıb.
Eyni zamanda, dekabrın 27-də Şrayver nikahın qorunub saxlanılmasının mümkünlüyünü istisna etmədiyini bildirib.
Arnold Şvartseneqqer 1986-cı ildə ABŞ prezidenti Con Kennedinin qardaşı qızı, televiziya jurnalisti Mariya Şrayverlə evlənib.
Bu evlilikdən onların dörd övladı var. Şrayver 2011-ci ilin iyulunda boşanmaq üçün ərizə verib, baxmayaraq ki, o vaxta qədər o və əri bir neçə ay birlikdə yaşamamışdılar. Ailə münasibətlərinin pozulmasının səbəbi, sonradan məlum olduğu kimi, aktyorun başqa qadınla sevişməsi və nikahdankənar övladının olmasıdır.