Ötən həftə əri Alişanla Bodrumda tətil edən türkiyəli aktrisa Buse Varol bu dəfə dostları ilə görüntülənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkbüküdə obyektivlərə tuş gələn məşhur aktrisanın bu dəfə yanında həyat yoldaşı olmayıb.
İskeledə yoldaşları ilə vaxtaşırı söhbət edən Varol daha sonra dənizə atılıb.
Olduqca xoş görünən Buse Varol dənizdən və günəşdən həzz alıb.