"Mən dünyanın ən pak insanıyam. Mənə heç kim söz deyə bilməz. Deyənlər Allahından qorxsun ki, bu insana o sözü yaraşdırıram, ya yox".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Xəbər Ətər" verilişində qonaq olarkən deyib.
O, bəzi müğənnilərin bostanına daş atıb:
"Bu sənətə düz gəlmişəm, düz də gedirəm. Hərdən özümü qınayıram, hərdən də deyirəm ki, yaxşı ki, sən beləsən. Bəli, nəyəmsə, buyam. Pərdəarxası işlərim yoxdur. Onsuz da üzə çıxır. Özünə huri-mələk desən də, tərbiyə dərsi keçsən də hamı bilir ki, kim kimdir.
Tutaq ki, arxamda heç kimim yoxdur, tək özüməm. Deyirlər ki, hə, buna nə desək, olar. Yəni, həyatı belə gördüm. Yalandan da olsa, gülüb keçdim ki, eybi yox, qoy danışsın. Amma sənin də Allahın olsun".