Mehmet Ali Erbil və Eco Ronay
05 oktyabr 2021 15:26 (UTC +04:00)

Mehmet Ali Erbil və Eco Ronay

Mehmet Ali Erbilə TƏCAVÜZ ittihamı - Məşhur FENOMEN SUSMADI

Türkiyəli sosial media fenomeni Ece Ronay məşhur aşoumen Mehmet Ali Erbilin ona təcavüz etdiyini idda edir.

Lent.az yerli mediaya istinadən bildirir ki, Ece Ronay Erbilin sosial media hesabından ona yazdığı mesajları yayımlayıb.

İttihamları rədd edən şoumen bildirib ki, telefonu özü işlətmir və mesajları o yazmayıb.

Ece Ronay iddia edir ki, Mehmet Ali Erbilin klipində rol aldıqdan sonra ona qarşı virtual təcavüzü əks etdirən mesajlar yazıb.

“Ağlayaraq xəstə olduğunu dedi. Mədəni şəkildə münasibətimizin alınmayacağını dedim. Yaşına və sənətinə hörmət elədim, susdum.  Susduqdan sonra təhqirlər yazmağa başladı. Bu karyerama və peşəmə xələl gətirsə də, susmayacam. Məşhur və ya fenomen olsanız da, təcavüzdən qaça bilməzsiniz. Ayıb olsun sənə”.

 

# 6786
avatar

Nigar Adil

Oxşar yazılar