İşğaldan azad olunan Füzuli rayonuna qanunsuz gedən müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov cəzalandırılıblar.
Lent.az-ın məlumatına görə, onların barələrində müvafiq protokollar tərtib edilib.
Protokollar Nərimanov rayon Məhkəməsinə göndərilib.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Bu barədə ilk xəbəri APA yayıb.